Anasını itirən körpənin vəziyyəti necədir? - RƏSMİ

Hadisə

09.07.2025 11:59

Sabirabadda ana doğuş zamanı ölüb.

TodayPress TV-yə TƏBİB-dən bildirilib ki, zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Türkan İsgəndərli

tag: Sabirabad,Ana,Doğuş,TƏBİB,Körpə,Todaypress.tv,