66 kq narkotik dövriyyədən çıxarıldı

Hadisə

30.10.2025 16:15

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər - 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən, idarə etdiyi "Hyundai" markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.

tag: Nizami RPİ,Daxili İşlər Nazirliyi,Narkotik,İdarə,Todaypress.tv,