27 kiloqram narkotik vasitə aşkarlandı
Hadisə
01.08.2025 14:06
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində 27 kiloqram narkotik aşkarlanıb.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bildirilib ki, Bakının Xəzər rayonunda, Abşeron və İmişli rayonlarında keçirilən sonuncu əməliyyatlar zamanı narkokuryerlər - 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
 
        
 
                                ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/68a9653a27d1f.webp) 
                                            ![[[Nicat İbrahimə]] hökm oxundu](/uploads/news/687f432ead244.webp) 
                                            ![Xankəndidə erməni əsilli sakin polisi [[yaraladı]]](/uploads/news/68c6cc9d86535.webp) 
                                            ![Binəqədidə [[qaz təchizatında müvəqqəti]] fasilə yaranacaq](/uploads/news/68ade14327633.webp) 
                                            ![[[Gəncəyə raket atılması əmrinin]] Ermənistan rəhbərliyi tərəfindən verildiyi təsdiqləndi](/uploads/news/68e3f030da762.webp) 
                                            ![İtkin düşən [[12 nəfər]] tapıldı](/uploads/news/68ac09d250ad1.webp) 
                                            ![Qazaxda [[tullantı sularının qanunsuz axıdılmasına görə]] iki sahibkar cərimələndi](/uploads/news/685a3e9dd8fed.webp) 
                                            ![Sumqayıtda gənclər arasında  bıçaqlanma-  [[Saxlanılan var]]](/uploads/news/6849c02c1c772.webp) 
                                            ![Rusiyada [[öldürülən azərbaycanlıların]] sayı 5-ə çatdı](/uploads/news/685fbe5d49fe7.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[38 nəfər]] saxlanıldı](/uploads/news/68b1640729909.webp) 
                                            