“20 yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Hadisə
07.07.2025 18:54
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb.
FHN-in mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
***
18:10
“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazi yanır.
Bu barədə FHN-in mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
tag: FHN,Yanğın,Yardım,Müdaxilə,Todaypress.tv,