"ASAN xidmət" İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir
Gündəm
08.10.2025 09:48
İslam İnkişaf Bankı (İİB) Qrupunun Baş katibi Riad Raquebin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Eyni zamanda qonaqlara Dövlət Agentliyi ilə İİB arasında 2023-cü ilin mart ayında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” modelinin təşkilata üzv dövlətlərdə tətbiqi məqsədilə həyata keçirilən birgə fəaliyyət barədə ətraflı məlumat verilib.
Baş katib öz növbəsində “ASAN xidmət” modelinin onlarda böyük təəssürat yaratdığını bildirib, müvafiq Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.
tag: İslam İnkişaf Bankı,Asan Xidmət,Riad,Azərbaycan,Todaypress.tv,
 
        
 
                                ![[[MEDİA:]] Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur](/uploads/news/68d2bce3d224c.webp) 
                                            ![Cabir İmanovun vəfat etdiyi idman zalından [[AÇIQLAMA]]](/uploads/news/68da63d0a55e7.webp) 
                                            ![[[Zəfərin qutlu olsun Türkiyə!]]](/uploads/news/68b22c0d38496.webp) 
                                            ![Ramiz Mehdiyevin həbsi bu məmurların cəzalandırılmasını tətikləyəcək [[- AÇIQLAMA]]](/uploads/news/68f0faa94ffde.webp) 
                                            ![Terroru maliyyələşdirməkdə ittiham edilənlərin məhkəməsində [[şahidlər dindirildi]]](/uploads/news/68e5f66b6314b.webp) 
                                            ![Astara şəhərinin [[Baş planı təsdiqləndi]]](/uploads/news/68e61a4179dc3.webp) 
                                            ![Prezident Balakənin icra başçısını [[vəzifəsindən azad etdi]]](/uploads/news/69034935848d5.webp) 
                                             
                                            ![Monteneqro Ombudsmanı saxlanılan [[Azərbaycan vətəndaşı ilə bağlı]] məsələni nəzarətə götürdü](/uploads/news/6904622075acb.webp) 
                                            ![[[Lütfi Akca:]] “Su artıq texniki deyil, diplomatik məsələdir”](/uploads/news/68c12ace658a7.webp) 
                                            