"ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək
Elm və Təhsil
29.10.2025 11:26
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş "ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək.
Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan festival artıq beşinci ildir ki, təşkil olunur. "ZəfərFest" hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.
Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.
Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.
tag: ZəfərFest-5,Yaradıcılıq,Festival,Tədbir,Todaypress.tv,
 
        
 
                                ![Rezidenturaya qəbul imtahanının [[II mərhələsinə qeydiyyat]] başladı](/uploads/news/687f33da3394b.webp) 
                                            ![Xaricdə təhsil proqramı üzrə [[yeni tədris ilinə qəbulun nəticələrinin]] ilkin siyahısı dərc olundu](/uploads/news/688865a90e327.webp) 
                                            ![[[Şöbə müdiri:]] “Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir”](/uploads/news/688a03a7d6400.webp) 
                                            ![Məktəbli avtobusları istifadəyə verilir: [[Paytaxtda sıxlıq necə azalacaq?]]](/uploads/news/68dd2ea7e273f.webp) 
                                            ![MİQ üzrə [[müsabiqənin müsahibə mərhələsinə]] aid mövzular açıqlandı](/uploads/news/689de39e49c35.webp) 
                                            ![[[Azərbaycan dili imtahanında]] iştirak üçün qeydiyyat bu gün başa çatacaq](/uploads/news/6847ce7582abb.webp) 
                                            ![Peşə təhsili müəssisələrinə [[sənəd qəbulu]] başlayır](/uploads/news/68a6d0222362c.webp) 
                                            ![[[I və IV ixtisas qrupları üzrə]] qəbul imtahanı keçiriləcək](/uploads/news/68666594d33d5.webp) 
                                            !["Bakı Dialoqları" jurnalının [[2025-ci il yay buraxılışı]] dərc olundu](/uploads/news/688c7b0a650e9.webp) 
                                            ![Tələbələrin köçürülməsi üzrə [[elektron sənəd qəbulu başa çatdı]]](/uploads/news/687fa091cb263.webp) 
                                            