Yasamal və Naftalanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq

Elm və Təhsil

12.08.2025 13:10

Yeni tədris ilindən Yasamalda və Naftalanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351, eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək:

"Bununla yanaşı, cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib. Qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir".

tag: Yasamal,Naftalan,Bağça,Fəaliyyət,Todaypress.tv,