Sertifikatlaşdırmada 2343 nəfər keçid balını toplamayıb

Elm və Təhsil

30.07.2025 15:56

“Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb”.

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. 

“Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı  872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır”. 

Töhfə Səməd

tag: MÜTDA,Tədbir,Keçid Balı,İmtahan,Todaypress.tv,