“Rəqəmsal bacarıqlar” layihəsi keçirildi

Elm və Təhsil

17.06.2025 11:21

270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.

Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.

tag: Rəqəmsal,Bacarıq,Elm,Təhsil,Todaypress.tv,

photo
photo