Qeyri-formal təhsil üzrə müraciətlər artır – NƏTİCƏLƏR AÇIQLANDI
Elm və Təhsil
16.09.2025 11:41
"Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq, qeyri-formal və informal təhsilin tanınması sahəsində müxtəlif peşə ixtisasları (Aşpaz, Qənnadçı-şirniyyatçı, Bərbər-vizajist-manikürçü, Bərbər, Dərzi, Kompüter operatoru, Avtomobil mühərriklərinin yığıcısı və s.) üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub".
TodayPress TV xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müraciət edən vətəndaşlardan 200 nəfəri ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib.
"Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir", - deyə Tural Əhmədov fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: TKTA,Təhsil,Tədbir,Çıxış,Todaypress.tv,