Prof. Dr. Yusuf Adıgüzel: "Türk dünyasının qlobal universitetiyik"
Elm və Təhsil
09.08.2025 14:12
67 illik təcrübəsi ilə Türkiyənin ən köklü dövlət ali məktəblərindən biri olan universitetimiz, açıq və uzaqdan təhsildə ölkəmizin qabaqcılı olmaqla yanaşı, dünyada da ən üst sıralarda yer alır. Azərbaycan proqramlarımızla illərdir minlərlə tələbəyə çatdıq və bu il 16-cı buraxılışımızın sevincini yaşayırıq”.
TodayPress TV xəbər verir ki, bunu Anadolu Universitetinin rektoru, Anadolu Universitetinin rektoru, Prof. Dr. Yusuf Adıgüzel mərasim ərəfəsində verdiyi açıqlamada deyib.
Rektor bildirib ki, “Türk dünyasının qlobal universiteti” vizyonumuz çərçivəsində, Azərbaycanlı gənclərə təqdim edilən keyfiyyətli təhsil imkanlarını hər il daha da genişləndirməyi hədəfləyirlər: “2005-ci ildən etibarən Avropa Kredit Transfer Sistemini tətbiq edərək, məzunlarımıza dünyanın bir çox ölkəsində keçərli beynəlxalq akademik üstünlüklər qazandırırıq. Məqsədimiz tələbələrimizi qlobal arenada rəqabət aparacaq səviyyəyə gətirən bir təhsil modelini təqdim etməkdir. İki qardaş ölkənin elmi, mədəni və iqtisadi inkişafına töhfə vermək, ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək bizim üçün ən böyük qürurdur.”
tag: Anadolu,Universitet,Məzun,Türk dünyası,Todaypress.tv,