Müdir müavini: "Azsaatlı vakant yerlər birləşdiriləcək"

Elm və Təhsil

12.08.2025 17:18

“Vakant yerlərinin gizlədilməsi yolverilməzdir və bununla bağlı bütün rejional idarələrə həm prosesdən əvvəl, həm də proses ərzində müvafiq təlimatlar verilir. Bu iddiaların əsasız olduğunu bir daha vurğulamaq istəyirik”.

TodayPress TV xəbər verir ki, bunu MİQ imtahanının vakansiya seçimi mərhələsinin nəticələrinin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. 

O, azsaatlı vakant yerləri barədə danışıb:

“Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Ona görə də müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Vakant yerlərdən biri əsas, digəri isə əlavə iş yeri olacaq. Nəticədə müəllimlər üçün daha optimal dərs yükü və əməkhaqqı təmin edə biləcəyik”.

Qiymət Mahir

tag: MÜTDA,Tədbir,Mətbuat,Konfrans,Todaypress.tv,