İşə qəbulda ÇƏTİN SEÇİM: Diplom, yoxsa sertifikat?
Elm və Təhsil
24.10.2025 17:28
Son illər bəzi gənclər universitet təhsilindən imtina edərək qısa müddətli ixtisaslaşmış kurslara üstünlük verirlər. Onlar bir neçə aylıq təlimlərdə iştirak edib sertifikat aldıqdan sonra iş həyatına atılır, bəzən isə oxuduqları ixtisas üzrə işləməmək üçün bu kurslara üz tuturlar.
Bəs işə qəbul zamanı diploma, yoxsa sertifikata üstünlük verilməlidir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, kurslar kommersiya əsaslı tədris müəssisələridir və onların verdiyi sənəd dövlət tərəfindən tanınmır.
“Azərbaycan Respublikasında qanunvericiliyə görə təhsil müəssisəsi fəaliyyətinə lisenziya verilmiş və hər beş ildən bir akreditasiyadan keçən qurumlardır ki, onlar təhsilin sonunda dövlət nümunəli sənəd təqdim edirlər. Kurslar isə qeyri-formal təhsil sahəsinə aiddir və verdikləri sertifikat işə qəbul üçün əsas sənəd sayılmır”.
Onun sözlərinə görə, işə qəbul zamanı əsas meyar peşə, orta ixtisas və ya ali təhsil haqqında diplomdur. Kurs sertifikatları yalnız əlavə bilik və bacarıqları təsdiqləyən sənəd kimi qiymətləndirilə bilər.
“Kursu bitirən şəxslər yalnız o halda işə qəbul edilə bilər ki, həmin vəzifə konkret praktiki bacarıqlar tələb etsin və bu bacarıqlar kurs zamanı əldə edilmiş olsun”, – deyə Elşən Qafarov qeyd edib.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Diplom,Sertifikat,Todaypress.tv,
 
                                             
        
 
                                ![[[Biləsuvarda 4 məktəbdə]] yeni peşə təmayüllü siniflər yaradılacaq](/uploads/news/68a34b340f42d.webp) 
                                            ![Bağçalarda müdir vəzifəsi üzrə [[340 vakant yer]] var](/uploads/news/688a091e4293d.webp) 
                                            ![Ədliyyə orqanlarına qəbul imtahanı [[keçiriləcək]]](/uploads/news/684a8ec31d3eb.webp) 
                                            ![Subbakalavrların [[qəbul qaydalarında]] hansı dəyişikliklər var?](/uploads/news/68775b0df0486.webp) 
                                            ![Tətilin dərs yükü: [[Mütəxəssis problemi izah edir…]]](/uploads/news/685be656e195c.webp) 
                                            ![Nazirdən etiraf, ekspertdən tələb: [[Dərsliklər nə vaxt dəyişəcək?]]](/uploads/news/68c420b0e0fac.webp) 
                                            ![İyulun 6-da [[II və III ixtisas qrupları üzrə]] ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək](/uploads/news/68663056c8808.webp) 
                                            ![VII FEMO [[International Beynəlxalq Olimpiadasının finalı]] keçirildi](/uploads/news/68404bfc1c362.webp) 
                                            ![Bakıda [[21 502 uşaq]] məktəbəhazırlıq qruplarına cəlb olundu](/uploads/news/68dcd2742db86.webp) 
                                            ![[[Ekspert:]] "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"](/uploads/news/690217a569e91.webp) 
                                            