Firudin Qurbanov: “30 il əvvəl bunları təsvir etmək çox çətin idi"
Elm və Təhsil
25.06.2025 10:47
"Öz tariximizi, irsimizi dərindən öyrənməliyik".
TodayPress TV xəbər verir ki, bu sözləri Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov "Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" forumunda bildirib.
O qeyd edib ki, SSRİ dağıldıqdan sonra ermənilər hər dəfə fürsətdən istifadə edərək çalışıblar ki, soydaşlarımız öz torpaqlarından deportasiya olunsunlar.
Nazir müavini əlavə edib ki, 44 günlük müharibədəki qələbəmiz bütün dünyaya səs salıb.
"Bununla yanaşı biz Qarabağda böyük nailiyyətlərə imza atdıq, tikililər qurduq, hava limanı açdıq. O cümlədən Qarabağ universitetində minlərlə tələbə təhsil alır. Bu düzgün və uğurlu siyasətin göstəricisidir. 30 il əvvəl bunları təsvir etmək çox çətin idi".
Firudin Qurbanov qeyd edib ki, Ermənistan Azərbaycanın mədəni irsini məhv etməyə çalışır. Amma buna nail ola bilməyəcək. Çünki yaxın zamanlarda Qərbi azərbaycanlılar da öz yurdlarına qayıdacaqlar.
"Gənclərimiz hər bir dəyişikliyə hazır olmalıdırlar. Burada valideynlərlər də xüsusi rol oynayır. Ana-ata gənclərə körpəlikdən vətənpərvərliyi aşılamalıdır. Müəllimlər də bilik verməklə yanaşı, şagirdlərə, tələbələrə bələdçi olmalıdırlar".
Türkan İsgəndərli
tag: ADNSU,Elmi,Sessiya,Tədbir,Todaypress.tv,