Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir

Elm və Təhsil

11.06.2025 12:48

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir. 

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Sözügedən konfrans "İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir Kəmər, Bir Yol üçün Elm və Texnologiya İnnovasiya Birliyinin Birgə Qurulması" mövzusuna həsr edilib. 

Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. 

Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.

tag: Emin Əmrullayev,Nazir,Çin,Konfrans,Todaypress.tv,

photo
photo
photo