Ekspert: "Universitetlər bazarın tələbinə uyğun ixtisaslaşma apara bilmir"
Elm və Təhsil
29.10.2025 17:33
"Bəzi universitetlərdə tədris proqramları beynəlxalq standartlara cavab vermir. Bu isə məzunların əmək bazarında çətinliklərlə üzləşməsinə səbəb olur".
Bu sözləri TodayPress TV-yə təhsil eksperti Məzahir Məmmədli bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar və fənlər üzrə real monitorinqlər aparılmır, nəticələr qiymətləndirilməyib:
"Bu qənaətə ona görə gəlinir ki, ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında özlərinə uyğun iş tapa bilmirlər. Bu isə o deməkdir ki, universitetlər ixtisaslaşmanı və fənn seçimini bazarın tələbinə uyğun qura bilmirlər. Ən yaxşı halda region ölkələri ilə müqayisə etsək, Qazaxıstan universitetləri bizdən xeyli öndədir. Hətta texniki ixtisaslarda Ermənistan və Gürcüstan da müəyyən sahələrdə bizdən qabaqdadır".
Ekspert qeyd edib ki, universitetlər məzunları əmək bazarına hazır vəziyyətdə çıxara bilmirlər:
"Məsələn, İT ixtisası üzrə təhsil alan tələbələr 6 il oxusalar da, mükəmməl proqram biliklərinə sahib olmurlar. Məzunlar əlavə kurslara gedir, özlərini inkişaf etdirməyə çalışırlar. Bu da göstərir ki, universitetlər tədris prosesində müasir tələbləri yerinə yetirə bilmirlər. Yeni nəsil alimlik və pedaqoji fəaliyyət sahəsində maraq göstərmir. Yaşlı müəllimlərin üzərinə yük düşür, bu da sistemin inkişafını ləngidir. Sosial təminatlar və rifah yaxşılaşdırılmasa, gəncləri elmə və tədrisə cəlb etmək mümkün olmayacaq. Gənc kadrların yetişdirilməsi və universitetlərdə yenilənmə prosesi zəruridir".
Məzahir Məmmədli vurğulayıb ki, təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, əmək bazarına inteqrasiya olunmuş proqramların tətbiqi və gənc kadrların dəstəklənməsi təhsilin keyfiyyətini artırmaq üçün əsas istiqamətlərdən olmalıdır.
Türkan İsgəndərli
tag: Məzahir Məmmədli,Təhsil eksperti,Universitet,Bazar tələbi,Todaypress.tv,
 
                                             
        
 
                                ![Ən çox gəlir gətirən və “ölü” ixtisaslar hansılardır? [[– EKSPERT AÇIQLADI]]](/uploads/news/689b1d370cd58.webp) 
                                            ![9 dövlət orqanında [[18 vəzifənin tutulması məqsədilə]] daxili müsahibə elanı verildi](/uploads/news/689c3d3826568.webp) 
                                            ![DİM [[fəlsəfə doktoru imtahanında]] iştirak üçün qeydiyyat elan etdi](/uploads/news/68ff09e29d8dd.webp) 
                                            ![Sertifikatlaşdırılma imtahanında [[iştirak edən müəllimlərin sayı açıqlandı]]](/uploads/news/68543c6c72ead.webp) 
                                            ![[[Beynəlxalq səyahət və turizm dinamikası]] konfransının açılış mərasimi keçirildi](/uploads/news/6827305a39345.webp) 
                                            ![DİM qəbul imtahanında istifadə olunan [[test tapşırıqlarının izahı və düzgün cavablarını]] açıqladı](/uploads/news/68340d0645c68.webp) 
                                            ![Dövlət İmtahan Mərkəzi əlavə imtahanlar keçirdi [[- YENİLƏNDİ]]](/uploads/news/68bd124b707e2.webp) 
                                            ![Yeni tədris ili üzrə [[60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına]] qəbul edilib](/uploads/news/689b106ba00fe.webp) 
                                            ![Jurnalist olmağın yolu qabiliyyət imtahanından keçir? [[- “Bu, məqsədəuyğundur” – EKSPERT]]](/uploads/news/688d9f638dc1c.webp) 
                                            ![Müəllimlərin [[sertifikatlaşdırılması prosesi]] davam edir](/uploads/news/685a55773f1b3.webp) 
                                            