DİM taksi sürücüləri üçün imtahan keçirəcək
Elm və Təhsil
31.10.2025 10:19
Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün noyabrın 3-də növbəti imtahan keçirəcək.
Bu barədə TodayPress TV-yə qurumdan məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
tag: DİM,İmtahan,Taksi,Sürücü,Todaypress.tv,
 
        
 
                                ![[[11 yeni bağça]] istifadəyə veriləcək](/uploads/news/688a00960c497.webp) 
                                            ![[[DİM:]] 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandı](/uploads/news/6832ebba9faff.webp) 
                                            ![Tədrisi digər dildə olan VI siniflərdə [["Azərbaycan tarixi" fənni dövlət dilində]] tədris olunacaq](/uploads/news/68a8260127bef.webp) 
                                            ![MİQ imtahanının vakansiya seçimi mərhələsinin [[nəticələri açıqlandı]]](/uploads/news/689b24d3b9fcb.webp) 
                                            ![MİQ imtahanının [[şərtləri]] açıqlandı](/uploads/news/68629c4d64d63.webp) 
                                            ![[[18 nəfərə dosent, 3 nəfərə professor]] elmi adının verilməsindən imtina edildi](/uploads/news/689ade53d67d9.webp) 
                                            ![Kişi müəllimlərin çatışmazlığı: [[Onları məktəblərə necə cəlb etmək olar?]]](/uploads/news/68c028d4db0ef.webp) 
                                            ![[[Emin Əmirullayev]] İstanbulda beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etdi](/uploads/news/6852c5f6bbf89.webp) 
                                            ![[[BDU ilə Corc Vaşinqton Universiteti]] arasında əməkdaşlıq imkanları müzakirə olundu](/uploads/news/683d5605b45e3.webp) 
                                            ![Beşinci [[“Yüksəliş” müsabiqəsinin]] yarımfinal mərhələsi başa çatdı](/uploads/news/686ccb45eb22b.webp) 
                                            