DİM: İmtahan zamanı nəzarətçi zalda köçürməyə şərait yaratdi, xaric edildi
Elm və Təhsil
01.06.2025 14:35
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
Bildirilib k, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar.
3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
tag: İmtahan,Nəzarətçi,Xaric edilmə,DİM,todaypress.tv,