Bağçalarda müdir vəzifəsi üzrə 340 vakant yer var
Elm və Təhsil
30.07.2025 15:28
“İndiyədək iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir. Hazırda müdir vəzifəsi üzrə 340 yer vakantdır.
“Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digərmühüm sahələr üzrə seminarlar keçirilir. Qeyd edirik ki, bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üzrə müsahibə təşkil olunub və 23 nəfər uğur qazanaraq fəaliyyətə başlayıb”.
Töhfə Səməd
tag: MÜTDA,Tədbir,Müdir,Vakant,Todaypress.tv,