Akkreditasiya hesabatı açıqlandı
Elm və Təhsil
16.09.2025 11:50
"2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".
TodayPress TV xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetlərində baş tutub.
"Sözügedən müddət ərzində, həmçinin “Məktəbəqədər təhsil” ixtisası üzrə 7 ali təhsil müəssisəsində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 2025-ci ilin ikinci yarısında isə 6 ali və peşə təhsili müəssisələrində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır".
Tural Əhmədov əlavə edib ki, 2025-ci təqvim ilinin II yarısında “Məktəbəqədər təhsil” ixtisası üzrə 7 ali təhsil müəssisəsində proqram akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Türkan İsgəndərli
tag: TKTA,Akkredditasiya,Hesabat,Açıqlama,Todaypress.tv,