Agentlik Çində təhsil almaq istəyənlərə müraciət etdi
Elm və Təhsil
27.10.2025 10:46
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).
Bu barədə TodayPress TV-yə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR universitetləri ilə (https://campuschina.org/universities/index.html) birbaşa əlaqə saxlamalıdırlar.
Qeyd edilib ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək. Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
tag: Agentlik,Çin,Təhsil,Müraciət,Todaypress.tv,
 
        
 
                                ![Məktəbi [[fərqlənmə attestatı ilə bitirən]] şagirdlərin sayı açıqlandı](/uploads/news/686ce78286cca.webp) 
                                            ![Biləsuvarda yararsız vəziyyətdə olan [[məktəb təmir olunur]]](/uploads/news/6828d8b4754e0.webp) 
                                            ![[[XI-ci sinfi bitirəcək şagirdlərin sayı]] açıqlandı](/uploads/news/683ed06902b2f.webp) 
                                            ![[[Müdir müavini:]] "Azsaatlı vakant yerlər birləşdiriləcək"](/uploads/news/689b3f18e0d0a.webp) 
                                            ![Heydər Əliyev Fondu tərəfindən yenidən qurulan [[məktəb istifadəyə verildi]]](/uploads/news/68de8a22ad625.webp) 
                                            ![3 mindən çox yer BOŞ QALDI: [[“Mənasız” ixtisaslardır, yoxsa... – Təhsil eksperti ÇAĞIRIŞ ETDİ]]](/uploads/news/68ad6960ed60c.webp) 
                                            ![26 özəl bağça [[qrant layihəsinə]] qoşulub](/uploads/news/688a093638761.webp) 
                                            ![[[9-cu siniflərin imtahan nəticələrinin]] yoxlanılması bu gün yekunlaşacaq](/uploads/news/68304117d3303.webp) 
                                            ![Direktor müavini [[şagirdi və xadiməni döydü]]](/uploads/news/68d2c729ccd5f.webp) 
                                            ![MİQ müsabiqəsinin müsahibə mərhələsinin [[nəticələri açıqlandı]]](/uploads/news/68b1d2020ee1a.webp) 
                                            