151 nömrəli məktəbdə yeni dərs ili - VİDEO
Elm və Təhsil
15.09.2025 11:53
“Bilik Günü” ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonu 151 nömrəli məktəbdə də böyük sevinclə qarşılanıb.
TodayPress TV xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin müavini Həsən Həsənli, rayon icra hakimiyyətinin rəsmiləri, məktəb rəhbərliyi və valideynlər iştirak ediblər.
İlk zəng sədaları ilə məktəbin həyətini balaca fidanların gülüşləri bəzəsə də, birincilər arasında valideynlərindən ayrıldığı üçün kövrəlib ağlayan, yaşıdlarına qaynayıb-qarışa bilməyən, sübh tezdən oyanmağa öyrəşməmiş yarıyuxulu balacalar da olub.
Qeyd edək ki, yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 600 mindən çox şagirdin təhsil alacağı gözlənilir.
Onlardan 130 mindən çoxu birinci sinfə, 160 mini doqquzuncu sinfə, 117 mini isə on birinci sinfə qədəm qoyur.
Bundan əlavə, 90 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib.
Ziyafət Əlisoy/Türkan İsgəndərli
tag: 151,Məktəb,Dərs,İli,Todaypress.tv,
