121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Elm və Təhsil

30.07.2025 15:41

“2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib. İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb”. 

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.  

Onun sözlərinə görə, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. 

“Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər”.

Töhfə Səməd

tag: MÜTDA,Tədbir,Məktəb,Qəbul,Todaypress.tv,