Zelenskidən NATO ilə bağlı açıqlama

Dünya

24.06.2025 14:35

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi NATO-nu gücləndirə biləcək unikal müharibə və inkişaf təcrübəsinə malikdir. 

TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

O bildirib ki, yaxın gələcəkdə Ukraynanın Alyansa üzv olması mümkün deyil. 

Zelenskinin sözlərinə görə, Ukrayna yalnız döyüş meydanında deyil, həm də iqtisadiyyat, enerji və həyat təminatı sahələrində böyük təcrübə qazanıb. Bu səbəbdən Ukrayna NATO üçün strateji tərəfdaş ola bilər.

O vurğulayıb ki, NATO-nun Ukraynanın sahib olduğu bu təcrübəyə ehtiyacı var. Eyni zamanda, Ukrayna da Alyansın dəstəyinə möhtacdır.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin payızında NATO-ya üzvlük üçün sürətləndirilmiş müraciət edib. Lakin Alyans bildirir ki, müharibə davam etdiyi müddətdə Ukraynanın üzv qəbul olunması mümkün deyil. 

Türkan İsgəndərli

tag: Ukrayna,Zelenski,NATO,Üzv,Todaypress.tv,