Zelenski: “Ukrayna liderlər səviyyəsində görüşə hazırdır”

Dünya

02.08.2025 11:13

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dövlət başçıları səviyyəsində görüş keçirməyə hazır olduqlarını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski şəxsi “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, əgər Rusiya doğrudan da savaşı ləyaqətlə bitirmək və uzunmüddətli sülhə nail olmaq istəyirsə, Ukrayna tərəfi istənilən vaxt belə görüşə hazırdır:

“Əgər bu, sadəcə zaman qazanmaq və sanksiyalardan yayınmaq cəhdi deyilsə, biz prezidentlər səviyyəsində birbaşa danışıqlara keçməyə hazırıq”.

Zelenski qeyd edib ki, Ukrayna artıq texniki səviyyəli danışıqlardan imtina edərək prezidentlərin birbaşa görüşünü təklif edir. Bunun baş verməsi üçün əsas şərt Rusiyanın real siyasi iradə nümayiş etdirməsidir.

Qiymət Mahir

tag: Ukrayna ,Vladimir Zelenski ,Rusiya ,Vladimir Putin,Todaypress.tv,