Zelenski Rusiyanın hücumunu pislədi

Dünya

07.09.2025 12:38

"Rusiyanın Ukraynaya etdiyi hücum qəsdən törədilmiş cinayət və müharibənin uzanması deməkdir".

TodayPress TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O bildirib ki, son hücumda 800-dən çox pilotsuz təyyarə və 13 raket istifadə olunub, onlardan dördü ballistikdir. Bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib.

Kiyevdə yaşayış binaları dağılıb, onlarla insan yaralanıb, iki nəfər, o cümlədən bir uşaq həlak olub. Ukrayna Nazirlər Kabinetinin binasında yanğın baş verib.

Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy-Roqda anbarlar dağılıb, Sumı və Çerniqov vilayətlərində insanlar həlak olub. Odessada çoxmərtəbəli binaya hücum olunub.

Zelenski Vaşinqton və Parisdə razılaşdırılmış sanksiyaların tətbiq edilməsini və hava hücumundan müdafiənin gücləndirilməsini istəyib. O, əlavə sistemlərin mülki insanları qoruyacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Ukrayna,Hücum,Müharibə,Todaypress.tv,