Zelenski: “Patriot” hələ Ukraynaya hələ verilməyib"

Dünya

14.06.2025 18:00

İsrail tərəfindən ABŞ-yə təmir üçün təqdim olunan “Patriot” hava hücumundan müdafiə sistemi hələlik Ukraynaya verilməyib.

TodayPress TV  “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski 13 iyun tarixində jurnalistlərlə görüşündə danışıb.

Dövlət başçısı İsrail Baş naziri Benyamin Netanyahu ilə əvvəlcədən razılaşdırılmış müdafiə texnikalarından bəhs edib.

“Netanyahu ilə razılaşmışdıq ki, Ukrayna "Barak-8" sistemlərini ala biləcək. Bunlar ABŞ sistemlərinə yaxşı alternativdir. Bu istiqamətdə irəliləyəcəyimizi demişdi,” – deyə prezident qeyd edib.

Qiymət Mahir

tag: İsrail ,ABŞ,“Patriot”,Benyamin Netanyahu ,Volodimir Zelenski,Ukrayna ,Todaypress.tv,