Zelenski: “18 yaşlı gənclər məcburi səfərbər olunmayıb”

Dünya

10.06.2025 14:24

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etmələrini Ukraynada 18-24 yaş arası gənclərin səfərbərliyə cəlb olunmaması ilə izah ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Valasz” nəşrinə verdiyi müsahibədə danışıb.

Zelenskinin sözlərinə görə, Ukrayna həmin yaş qrupuna illik könüllü müqavilələr təklif edib, lakin onların məcburi səfərbərliyi həyata keçirilməyib:

“Heç vaxt bunu açıq deməmişdim, çünki bu çox həssas məsələdir. Amma indi deyirəm: digər ölkələrin liderləri kimi düşünmürəm. 18 yaşlı gənclərin səfərbər olunmalı olduğunu düşünmürəm.”

Prezident qeyd edib ki, “Tor” əməliyyatı göstərdi ki, müharibədə əsas faktor insan sayı deyil, silah və texnologiyadır.

Zelenski əlavə edib ki, Qərb tərəfdaşları Ukraynada 18 yaşdan səfərbərlik aparılmamasını əsas gətirərək, sanksiyalardan yayınırlar.

“Biz onlara imkan verdik ki, istəsələr, xidmət etsinlər. Lakin eyni zamanda minlərlə insan cəbhədə yetərli silah-sursat olmadan vuruşur.”

Prezident Ukraynanın ayda 27 min nəfəri səfərbər edə bildiyini, Rusiyanın isə 40-50 min nəfər səfərbər etmək imkanında olduğunu deyib:

“Ukrayna istisna deyil, insanlar yorulub, biz müharibənin bitməsini istəyirik. Məsələ silah qədər də resursdur”.

Qiymət Mahir

tag: Ukrayna,Zelenksi,Səfərbərlik,Rusiya,todaypress.tv,