Zaxarova Rusiyanın Ermənistandakı hərbi bazasından danışdı
Dünya
19.06.2025 17:45
Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması məsələsi ikitərəfli dialoq çərçivəsində heç vaxt gündəmə gətirilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında çoxşaxəli əməkdaşlıq mövcuddur və təbii ki, hər iki ölkə arasında müəyyən problemlər də var. Lakin Zaxarova qeyd edib ki, İrəvanla bu mövzuya dair əlaqəli bütün qurumlar arasında müntəzəm dialoq aparılır.
“Bu məsələ praktik müstəvidə heç vaxt qaldırılmayıb. Ola bilsin, bu, ekspert dairələrində və ictimai müzakirələrdə səsləndirilib, lakin bu artıq başqa mövzudur. Rəsmi İrəvanla qarşılıqlı münasibətlərdə bu məsələ qaldırılmayıb”, - deyə rusiyalı diplomat vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiyanın hərbi bazasının çıxarılması mövzusunun müzakirə olunmadığını bəyan etmişdi.
Töhfə Səməd
tag: Rusiya,Ermənistan,Hərbi baza,Mariya Zaxarova,todaypress.tv,