“Zapad-2025” təlimləri fəaliyyətə başladı

Dünya

13.09.2025 12:30

Rusiya və Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı “Zapad-2025” təlimləri çərçivəsində təxribat-kəşfiyyat qruplarının məhv edilməsi üzrə birgə hərəkətlərin planlaşdırılmasına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Borisovski poliqonunda Rusiya və Belarus hərbçiləri qeyri-qanuni silahlı birləşmələrin qarşısını almaq və məhv etmək üçün birgə hərəkətlərin planlaşdırılması və həyata keçirilməsində qarşılıqlı fəaliyyət tapşırıqlarını icra edirlər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 12-də Rusiya və Belarus silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimləri başlayıb. Onların məqsədi iki ölkənin İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarını, mümkün təcavüzü dəf etməyə hazırlığını yoxlamaqdır.

Müttəfiqlərlə birgə hərəkətlərin həyata keçirilməsi üçün təlimlərə KTMT, ŞƏT və digər ölkələrin hərbi kontingentləri dəvət olunub.

Təlimlər çərçivəsində əsas fəaliyyətlər Belarus və Rusiya ərazilərində, həmçinin Baltik və Barents dənizlərinin sularında həyata keçiriləcək.

Bundan əvvəl Baltik Donanması “Zapad-2025” təlimlərinə başlayıb.

Orxan Saffari

TodayPress TV

tag: Zapad 2025,Hərbi,Təlim,Rusiya,Todaypress.tv,