Yaponiyada siyasi partiyaya süni intellekt rəhbərlik edəcək
Dünya
17.09.2025 10:27
Yaponiyanın “Yenidən dirçəliş yolu” adlı siyasi partiyasının yeni lideri süni intellekt olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” AFP) məlumat yayıb.
Partiyanın əvvəlki rəhbəri Sindzi İsimaru iyulda keçirilən yuxarı palata seçkilərində uğursuz nəticələrdən sonra istefa verib. Onun yerinə seçilən 25 yaşlı aspirant Koki Okumura isə səlahiyyətlərini süni intellektə ötürmək qərarı verib. O, yeni liderin yanında köməkçi kimi fəaliyyət göstərəcək.
Okumura bildirib ki, süni intellektin partiya işinə necə inteqrasiya ediləcəyi hələlik tam müəyyən edilməyib. Lakin texnologiya fraksiya üzvlərinin siyasi fəaliyyət istiqamətlərini müəyyən etməyəcək, əsasən resursların üzvlər arasında bölüşdürülməsi kimi texniki vəzifələri icra edəcək.
Qiymət Mahir
tag: Yaponiya,Süni,İntellekt,Partiya,Todaypress.tv,