Yaponiyada hakim partiyanın baş katibi istefa qərarını açıqladı

Dünya

02.09.2025 18:45

Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının baş katibi Hirosi Moriyama iyulun 20-də keçirilmiş Yuxarı Palata seçkilərində partiyanın böyük məğlubiyyətinə görə məsuliyyəti üzərinə götürərək vəzifəsindən getmək istədiyini Baş nazir Şiqeru İşibaya bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi xəbər verib.

Həmin gün İşiba jurnalistlərə açıqlamasında Moriyamanın “əvəzolunmaz” fiqur olduğunu deyib və səlahiyyət müddəti sentyabrda başa çatmasına baxmayaraq, onu bu vəzifədə qalmağa razı salmağa çalışacağını bildirib.

Moriyamanın istefa qərarı daxildə istefa çağırışlarına baxmayaraq, postunda qalacağını söyləyən İşibanın siyasi gələcəyi ilə bağlı suallar doğurub. Təcrübəli siyasətçi və müxalifətlə dialoq qabiliyyəti ilə tanınan Moriyama mətbuat konfransında bildirib ki, onun vəzifədən gedişi barədə yekun qərarı Baş nazir verəcək.

Bu bəyanat partiyanın hər iki palatanın üzvlərinin qatıldığı iclasdan sonra səsləndirilib. Məhz həmin iclasda Moriyamanın rəhbərlik etdiyi komissiya Yuxarı Palata seçkilərinin nəticələrinin hakim koalisiyaya çoxluğu itirdiyini açıqlayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Yaponiya, Şiqeru İşiba,İstefa, Yuxarı Palata,Todaypress.tv,