Yakutiyada itkin düşən təyyarə tapıldı: Ekipaj sağdır
Dünya
10.06.2025 13:12
Rusiyanın Saxa (Yakutiya) Respublikasında meşə yanğınlarını patrul edən “An-2” tipli təyyarənin yoxa çıxması ilə bağlı araşdırma başlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.
Yoxa çıxan təyyarə tapılıb. İki ekipaj üzvü və bir müşahidəçi pilot sağdır, heç biri xəsarət almayıb.
Prokurorluq hadisənin təfərrüatlarını araşdırır və uçuş təhlükəsizliyi qanunvericiliyinin icrası ilə bağlı yoxlama başladılıb.
Xatırladaq ki, 10 iyun tarixində “SHOT Telegram” kanalı meşə yanğınlarının müşahidəsi zamanı “An-2”nin radarlardan itməsi və qəza siqnalı göndərməsi barədə məlumat yaymışdı. Lakin regional xilasedici xidmət sonradan təyyarənin hələ də radarda göründüyünü bildirmişdi.
Qiymət Mahir
tag: Yakutiya,Təyyarə,Qəza,Ekipaj,Todaypress.tv,