Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralandı
Dünya
15.06.2025 04:30
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın Təl-Əvivə endirdiyi raket zərbələri nəticəsində yaralanıb.
TodayPress TV "MTI" agentliyinə istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Radman "X" sosial şəbəkəsində bildirib.
"Tel-Əvivə zərbələr zamanı konsul və onun həyat yoldaşının xəsarət alması xəbəri məni şoka saldı. Onların yaşadıqları binaya ziyan dəyib. Xoşbəxtlikdən onların xəsarətləri yüngüldür və həyat üçün təhlükə yaratmır", - XİN rəhbəri yazıb.
O qeyd edib ki, Xorvatiyanın İsraildəki səfirliyi ilə daimi əlaqə saxlayır və bu səfirlik öz şəxsi heyətinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
"Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq", - bəyanatda deyilir.
tag: Xorvatya, Konsul, Israil, Iran, Səfir, Təl- Əvivə, todaypress.tv,