Vuçiç: "Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək"

Dünya

27.07.2025 15:45

"Serbiya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır və vətəndaşların dəstəklədiyi müstəqil, prinsipial xarici siyasətini davam etdirəcək".

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradın Batanitsa bölgəsində yerləşən Serbiya Universitet Kliniki Mərkəzinin yeni Palliativ Yardım Mərkəzinə səfəri zamanı bəyan edib.

“Təəssüf edirəm ki, bəzi rusiyalı media dostlarımız Serbiyanı qınamaq üçün fürsət axtarırlar. Daha da üzücüsü odur ki, daxili siyasət səhnəsində bəzi şəxslər rusları müdafiə etməyə hazırdır, amma Serbiyanı müdafiə etməyə heç vaxt meyilli deyillər. Onları məyus etməli olacağam: Serbiya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcək”, - Vuçiç bildirib.

Töhfə Səməd

tag: Serbiya,Rusiya,Sanksiya,Aleksandr Vuçiç,Todaypress.tv,