Vaşinqtonda fövqəladə vəziyyət tətbiq ediləcək

Dünya

15.09.2025 10:40

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edəcəyi ilə bağlı məlumat yayıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Belə ki, Tramp bunu yerli hakimiyyətin federal qurumlarla miqrasiyanın tənzimlənməsi məsələsində əməkdaşlıqdan imtina edəcəyi halda elan edəcəyini bildirib.

Siyasətçinin sözlərinə görə, Vaşinqton bir neçə həftə ərzində ABŞ-nin, hətta dünyanın ən təhlükəli yerlərindən birindən ən təhlükəsiz yerinə çevrilib. 

Lakin Tramp qeyd edir ki, demokratların təzyiqi altında Vaşinqtonun meri Müriyel Bouser paytaxt polis idarəsinin ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti agentləri ilə əməkdaşlığı dayandıracağını bildirib. Bu əməkdaşlıq xüsusən qanunsuz miqrantların deportasiyası və köçürülməsi ilə bağlı idi.

Tramp xəbərdarlıq edib ki, əgər bu baş verərsə, o, dərhal fövqəladə vəziyyət rejimi elan edəcək və lazım gələrsə, federallaşma addımına əl atacaq.

Qeyd edək ki, Tramp dəfələrlə ABŞ-də miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. O, ölkə tarixində qanunsuz miqrantların deportasiyası üzrə ən genişmiqyaslı əməliyyatı həyata keçirmək niyyətində olduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Vaşinqton,Fövqəladə,Vəziyyət,Elan,Todaypress.tv,