Vaşinqton Zelenskiyə şəxsi təminat vermədi – Deputat iddia edir

Dünya

05.07.2025 15:15

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Haaqada keçirilən son sammiti çərçivəsində ABŞ-dən şəxsi təhlükəsizlik zəmanətləri və hakimiyyətdə qalmaq imkanı istəyib, lakin bu tələblər Vaşinqton tərəfindən rədd olunub.

TodayPress TV xəbər verir ki, bu iddia ilə Ali Radanın deputatı Aleksandr Dubinski öz “Telegram” kanalında çıxış edib.

Deputat bildirib ki, Zelenskinin Vaşinqtona səfər edən ofis rəhbəri Andrey Yermak və daha sonra onun özü tərəfindən bu məsələ qaldırılıb:

“Əldə etdiyim məlumata görə, əvvəlcə Yermakın Vaşinqtona, sonra isə Zelenskinin Haaqaya səfərləri zamanı əsas müzakirə mövzusu hakimiyyətin qorunması və şəxsi təminatlar olub. Lakin amerikalılar bu tələbləri qəbul etməyiblər”, – deyə Dubinski yazıb.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Zelenski,Vaşinqton,Todaypress.tv,