Uşaq bezlərində böcəklər tapıldı

Dünya

18.09.2025 17:52

Avstraliyada hakimiyyət orqanları uşaq bezlərində tapılan xapra böcəyi ilə bağlı həyəcan təbili çalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ABC.net.au" məlumat yayıb.

Bildirilir ki, bezlər ölkəyə idxal olunub. 

Səlahiyyətlilər hesab edirlər ki, böcəyin təbiətə buraxılması milli taxıl sənayesi üçün əhəmiyyətli itkilərə səbəb ola bilər.

Bu, həmçinin ölkə iqtisadiyyatına ciddi zərər ver bilər.

Hökumət uşaq bezlərinin bütün partiyasını geri çağırıb və məhsulu artıq satın almış şəxsləri təkrar emala qaytarmağa çağırır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Avstraliya,Bez,Böcək,Zərərli,Todaypress.tv,