Ukrayna Yaponiyadan 246,5 milyon dollar kredit alacaq

Dünya

13.09.2025 14:45

Ukrayna 2025-ci ilin sonuna qədər Yaponiyadan 246,5 milyon dollar məbləğində kredit alacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi bildirib.

Nazirliyin saytında dərc olunan məlumatlara görə, Ukrayna Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə müvafiq saziş imzalayıb.

Belə ki, Kiyev "Sağlam Fiskal İdarəetmə vasitəsilə bərpaya dəstək" (SURGE) proqramı çərçivəsində pul alacaq.

2025-ci ilin sonuna qədər Ukraynanın dövlət büdcəsinə 229,7 milyon dollar cəlb ediləcəyi planlaşdırılır. Pulun digər hissəsi yaxın illərdə Ukraynanın kredit öhdəliklərinə xidmət xərclərini azaltmaq üçün faizlərin kapitallaşdırılmasına yönəldiləcək.

Qeyd edək ki, SURGE layihəsi Ukraynada 2024-cü ildən həyata keçirilir. Maliyyə Nazirliyinin qeyd etdiyi kimi, proqram fiskal idarəetmənin təkmilləşdirilməsinə və Ukraynada effektiv dövlət investisiyalarının idarə edilməsi sisteminin yaradılmasına yönəlib. Bundan əvvəl Ukrayna layihə çərçivəsində 760 milyon dollarlıq müqavilələr imzalayıb.

Orxan Saffari

TodayPress TV

tag: Ukrayna,Yaponiya,Kredit,Müqavilə,Todaypress.tv,