Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi
Dünya
09.06.2025 15:54
Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.
Rusiyalı hərbi əsirlərin birinci qrupu İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq Rusiyaya qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib.
Qeyd edək ki, əsir kateqoriyaları iyunun 2-də Türkiyənin İstanbul şəhərində keçirilmiş danışıqlar zamanı razılaşdırılıb.
Xatırladaq ki, tərəflər arasında belə genişmiqyaslı mübadilələrə 16 may tarixində Türkiyədə keçirilmiş birbaşa danışıqlardan sonra start verilib. İlk razılaşma əsasında 23–25 may tarixlərində 1000 nəfər əsirin dəyişdirilməsi baş tutmuşdu.
Töhfə Səməd
tag: Ukrayna,Rusiya,Əsir,Mübadilə,todaypress.tv,