Ukrayna NATO sammitindən çıxarıldı
Dünya
11.06.2025 10:20
NATO ölkələri iyulda keçiriləcək növbəti sammitin yekun sənədindən Ukraynaya dair bir sıra əsas müddəaları çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, sənəddə nə əvvəlki sammitlərdə vurğulanan Ukraynanın NATO-ya üzvlük perspektivindən, nə də Kiyevə 40 milyard dollar maliyyə yardımı vədindən bəhs olunur. Həmçinin, sənəddə NATO ölkələrinin Ukraynaya təhlükəsizlik sahəsində uzunmüddətli dəstək öhdəliyinə də yer verilməyib.
Bəyanatda Rusiya "aqressor" kimi adlandırılmayacaq, Çin isə Rusiyaya yardımına görə qınanmayacaq.
Məlumata görə, yekun sənəd yalnız müdafiə xərclərinə həsr olunub. NATO ölkələri 2032-ci ilə qədər ÜDM-in ən azı 3,5 faizini əsas müdafiə ehtiyaclarına, əlavə olaraq 1,5 faizini isə infrastrukturun müdafiəsinə ayırmağı öhdəlik kimi götürəcəklər. ABŞ-nin təşəbbüsü ilə bu göstərici ümumilikdə 5 faizədək artırılacaq.
Töhfə Səməd
tag: NATO ,Sammit,Ukrayna,todaypress.tv,