Ukrayna ABŞ ilə üç birgə mədən layihəsini elan etdi
Dünya
06.08.2025 09:23
Ukraynanın Baş naziri Yuliya Sviridenko ABŞ ilə faydalı qazıntıların hasilatına dair üç birgə layihənin həyata keçiriləcəyini açıqlayıb. Layihələrin yaxın 18 ay ərzində reallaşdırılması planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra sosial şəbəkədə yazıb.
Sviridenkonun sözlərinə görə, tərəflər Amerika-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması məsələsini də müzakirə ediblər. Fondun Direktorlar Şurasının ilk iclası sentyabrda keçiriləcək.
Ukrayna hökumət başçısı bildirib ki, fondun mandatı genişləndirilərək ilkin olaraq üç faydalı qazıntı hasilatı layihəsinin başlanması nəzərdə tutulur. Bundan əlavə, Kiyev və Vaşinqton arasında Ukrayna istehsalı olan dronların ixracı və ABŞ-dən silah alınması məsələləri də gündəmə gəlib.
“Biz həmçinin sanksiya təzyiqlərinin gücləndirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini də müzakirə etdik”, – deyə Baş nazir vurğulayıb.
Qiymət Mahir
tag: Ukrayna ,Yuliya Sviridenko,ABŞ ,Amerika,Todaypress.tv,