Türkiyədə mədən çökdü - YENİLƏNDİ
Dünya
01.08.2025 15:59
Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda baş verən mədən çökməsi ilə bağlı axtarışlar nəticə verməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə 3 işçi öz gücü ilə xilas ola bilib, lakin bir nəfərin axtarışı davam edir.
Qeyd edək ki, hadisənin səbəbi hələlik məlum deyil.
Aysel Mətləb
***
11:47
Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda mədəndə çökmə hadisəsi baş verib. İlkin məlumatlara görə, bir neçə işçi dağıntılar altında qalıb.
TodayPress TV xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Milli Tibbi Müdaxilə Qrupları (UMKE), səhiyyə və jandarma qrupları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri və zərərçəkənlərin sayı ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Türkan İsgəndərli
tag: Türkiyə,Mədən,Partlayış,Dağıntı ,Todaypress.tv,