Trampın sağlamlıq vəziyyəti açıqlandı

Dünya

28.10.2025 11:25

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, maqnit-rezonans tomoqrafiyasından (MRT) keçib və nəticələr “ideal” olub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “NBC” telekanalı yayıb.

Trampın sözlərinə görə, müayinədən oktyabrın əvvəlində ABŞ-nin Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzində keçib:

“Bəli, mənə MRT etdilər. Nəticələr mükəmməl idi”, – deyə Tramp qeyd edib.

Prezident müayinənin səbəbini açıqlamayıb və bununla bağlı sualları həkimlərə ünvanlamağı məsləhət görüb. Onun sözlərinə görə, həkimlər göstəriciləri “indiyədək gördükləri ən yaxşı nəticələrdən biri” kimi qiymətləndiriblər.

Xatırladaq ki, 2025-ci ildə Donald Tramp 79 yaşını qeyd edib. O, 7 oktyabrda “Newsmax” telekanalına verdiyi müsahibədə 30 il əvvəllə müqayisədə özünü daha gümrah hiss etdiyini söyləyib.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ ,Donald Tramp,MRT ,Sağlamlıq,Todaypress.tv,