Trampın Rusiyaya sanksiyaları təxirə salmaq niyyəti izah edildi

Dünya

15.09.2025 09:59

Çikaqo Universitetinin professoru Con Mirşaymer ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı planlarını dəyərləndirib.

TodayPress TV  xəbər verir ki, bu barədə o, “YouTube”da “Deep Dive” kanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tramp Moskvaya qarşı yeni sanksiyaları təxirə salacaq, çünki bununla Avropa İttifaqına təzyiq göstərməyə çalışır.

“Tramp başa düşür ki, Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı tətbiq olunan sanksiyalar ağıllı seçim deyil. Buna görə də o, Avropadan Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməsini tələb edir”, - deyə Mirşaymer əlavə edib.

O vurğulayıb ki, Tramp Avropanın fikrini nəzərə almağa ehtiyac olmadığını düşünür və bu qərar ABŞ ilə Aİ arasında parçalanmanı daha da dərinləşdirə bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Rusiya,Sanksiya,İzah,Todaypress.tv,