Trampın impiçmentləri muzeydən çıxarıldı
Dünya
01.08.2025 09:08
ABŞ-nin Milli Amerika Tarixi Muzeyi ölkə prezidenti Donald Trampa qarşı iki impiçmenti xatırladan ekspozisiya hissəsini sərgidən çıxarıb.
TodayPress TV xəbər verir ki, “The Washington Post” bu qərarın Ağ Evdən gələn təzyiqlər fonunda verildiyini və muzey direktorunun istefasının tələb edildiyini yazıb.
Smitsonian İnstitutunun nümayəndəsi açıqlamasında bildirib ki, Trampın impiçmentlərinə dair məlumat lövhəsi 2021-ci ilin sentyabrından müvəqqəti olaraq sərgidə nümayiş etdirilirdi və bu, aktual hadisələrə qısa reaksiya kimi nəzərdə tutulmuşdu. Həmin lövhədə yalnız Trampın deyil, həmçinin Endryu Conson, Bill Klinton və istefa verməsəydi, impiçmentlə üzləşəcək Riçard Niksonun da adları yer alırdı. Lövhənin üzərində “İş yenidən nəzərdən keçirilir” ifadəsi yazılmışdı.
Hazırda sərgi əvvəlki vəziyyətinə – 2008-ci il formatına qaytarılıb.
Qiymət Mahir
tag: Donald Tramp,ABŞ,Amerika,Milli Amerika Tarixi Muzeyi,Todaypress.tv,