Tramp Ukrayna münaqişəsini “Bayden-Zelenski müharibəsi” adlandırıb
Dünya
13.09.2025 18:30
Tramp Ukraynadakı münaqişədə Bayden və Zelenskini günahlandırıb.
TodayPress TV xəbər verir ki, Donald Tramp “Truth” platformasında Ukrayna münaqişəsini Co Bayden və Volodimir Zelenski arasında olan “müharibə” adlandırıb.
"Bu, Trampın müharibəsi deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən yalnız onu dayandırmaq və minlərlə rus, o cümlədən ukraynalının həyatını xilas etmək üçün buradayam", - Tramp yazıb.
Qeyd edək ki, bir gün əvvəl Tramp rusiyalı həmkarı Vladimir Putinlə səbrinin tükəndiyini bildirib.
Eyni zamanda o, yaxın günlərdə Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, onun Rusiya lideri ilə söhbəti bu həftə və ya gələn həftənin əvvəlində baş tutacaq.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “istəklilər koalisiyası”nın görüşü zamanı Trampın Putin və Zelenski ilə üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirib.
Orxan Saffari
tag: ABŞ,Tramp,Bayden,Zelenski,Todaypress.tv,