Tramp Qretanı sərt tənqid etdi

Dünya

10.06.2025 13:06

ABŞ prezidenti Donald Tramp ekofəal Qreta Tunberqin Qəzza zolağına humanitar yardım aparmaq cəhədinə münasibət bildirib. Tramp “The Hill” nəşrinə açıqlamasında Tunberqi “gənc və qəzəbli insan” adlandırıb və onun qəzəbə nəzarət kurslarına getməli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukraina" məlumat yayıb.

Tunberq “Azadlıq donanması” adlı humanitar təşəbbüs çərçivəsində Qəzzaya dərman, ərzaq və digər ləvazimatlar aparmaq məqsədilə yola çıxan Madleen gəmisində olub.

9 iyun tarixində İsrail ordusu gəmini saxlayıb. Gəmidə Tunberq və Avropa Parlamentinin deputatı Rima Həssan daxil olmaqla ümumilikdə 12 fəal olub. Onlar hazırda İsrailin Ramlə şəhərində saxlanılır və yaxın günlərdə ölkələrinə deportasiya ediləcəklər.

İsrail Xarici İşlər Nazirliyi əvvəldən xəbərdarlıq etmişdi ki, aktivistlərin Qəzzaya çatmasına icazə verilməyəcək.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Ekofəal,Qreta Tunberq,todaypress.tv,