Tramp NATO ölkələrinə söz verdi
Dünya
26.06.2025 15:45
ABŞ Prezidenti Donald Tramp Avropadakı NATO müttəfiqlərinə bəyan edib ki, o, Ağ Evdə olduğu müddətdə Rusiya heç bir Şimali Atlantika alyansı ölkəsinə hücum etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, üç rəsmi şəxsin sözlərinə görə, sammitin əsas iclasında Tramp müdafiə xərcləri ilə bağlı müsbət fikirlər səsləndirib və alyans ölkələrinə Rusiyanın NATO-ya hücum etməyəcəyinə dair and içib.
“The Washington Post” həmçinin qeyd edir ki, NATO-nun digər liderləri Trampın Avropada müdafiə büdcəsinin artırılmasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər və onun İrana qarşı zərbələrini dəstəkləyiblər. Avropalı rəsmilərin fikrincə, Trampın rəğbətini qazanmağın ən effektiv yolu – təriflər və diplomatik yumşaqlıq olub.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi Trampın NATO sammiti çərçivəsində keçirilən qapalı görüşdə Rusiyanın adını belə çəkmədiyini bildirmişdi.
Qiymət Mahir
tag: Donald Tramp,NATO,Avropa,Rusiya , Şimali Atlantika,Todaypress.tv,