Tramp FED rəhbərini “ağılsız” adlandırdı
Dünya
29.06.2025 21:15
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellə bağlı sərt açıqlama verib. O, Pauellin əsas faiz dərəcəsini aşağı salmaqdan imtina etməsini tənqid edərək onu “ağılsız” adlandırıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Trampın fikrincə, əsas faiz dərəcəsi 1-2% səviyyəsində olmalıdır. O, dəfələrlə FED rəhbərini vəzifədən azad etmək istədiyini bildirib. Tramp hesab edir ki, faizlərin endirilməsi ABŞ büdcəsinə illik 1 trilyon dollara qədər qənaət edə bilər.
Qeyd edək ki, FED iyun ayındakı iclasında əsas faiz dərəcəsini illik 4,25–4,5% səviyyəsində saxlayıb. Eyni zamanda tənzimləyici orqan bu il üçün inflyasiya və işsizlik proqnozlarını artırıb, iqtisadi artım göstəricisini isə aşağı salıb.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,FED,Faiz,Todaypress.tv,